...

“Cybertruck”ın istehsalı başlayır (FOTO)

Gündəm Materials 17 İyul 2023 12:20 (UTC +04:00)
“Cybertruck”ın istehsalı başlayır (FOTO)
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

“Tesla” sosial media hesabında “Cybertruck”ın istehsalına başladığını açıqlayıb. Şirkət Texasdakı ‘Gigafactory”də yığılmış ilk elektrik pikapının fotosunu yerləşdirib, "İlk “Cybertruck” “Giga” Texasda quruldu !" açıqlamasını verib.

Trend-in məlumatına görə, gövdəsi ağır paslanmayan poladdan olan elektrik pikapda zirehli pəncərələr də var. Şirkət rəhbəri İlon Maskın sözlərinə görə, avtomobilin gövdəsi 9 mm-lik güllələrə tab gətirəcək qədər güclüdür.

“Cybertruck” ilk dəfə 2019-cu ildə təqdim edilib. Avtomobilin 2021-ci ildə kütləvi istehsalına başlaması planlaşdırılırdı, lakin bu, 2022-ci ilə təxirə salındı. Şirkət istehsalı yenidən 2022-ci ilin yanvarından 2023-cü ilə təxirə salındı. İ.Mask bu gecikməni avtomobili potensial müştərilər üçün daha cəlbedici etmək üçün edilən dəyişikliklərlə əlaqələndirdi.

“Cybertruck”da avtopilot avtomatik parkinq və tam ötürücü funksiyaları mövcuddur. Avtomobil üç fərqli versiyada təklif ediləcək: tək, iki və üç mühərrikli. Bu modellər akkumulyatorun tutumundan asılı olaraq 400, 500 və 800 kilometr məsafə qət edəcək. Avtomobilin üst versiyası 0-dan 100 km/saata 2,9 saniyədən az vaxta sürətlənə bilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti