...

“X”də bir dövr başa çatır: Bloklama keçmişdə qalacaq

Gündəm Materials 19 Avqust 2023 14:04 (UTC +04:00)
“X”də bir dövr başa çatır: Bloklama keçmişdə qalacaq
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

“X”(keçmiş “Twitter”) illərdir mövcud olan başqa bir funksiyanı işə salır.

Trend-in məlumatına görə, siz artıq narahat olduğunuz hesabları bloklaya bilməyəcəksiniz, yalnız onları susdura biləcəksiz.

“X”(keçmiş “Twitter”) tətbiqinin bu günə qədər ən çox istifadə edilən xüsusiyyətlərindən biri olan bloklama və ya başqa sözlə hesabın bloklanması artıq keçmişdə qaldı. İlon Mask mənasız hesab etdiyi daha bir funksiyanı silmək üzrədir.

Qeyd edək ki, “Twitter” və ya dəyişdirilmiş adı ilə “X” onlayn sosial şəbəkə xidmətləri təklif edən saytdır. “Twitter” 2006-cı ilin mart ayında Cek Dorsi və Cüli tərəfindən yaradılıb. 25 aprel 2022-ci ildə “Twitter” İlon Mask tərəfindən 44 milyard dollara alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti