...

“Azərpoçt” müştərilərini diqqətli olmağa çağırır

Gündəm Materials 7 Sentyabr 2023 17:14 (UTC +04:00)
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

Azərpoçt” müştərilərini diqqətli olmağa çağırır. Belə ki, kiberdələduzlar tərəfindən sosial şəbəkələrdə ”Azərpoçt” adından “Azerpost” adlı saxta səhifə yaradılaraq sahibsiz qalan mal tərkibli bağlamaların 5.50 AZN məbləğində satışa çıxarıldığı bildirilir.

Trend xəbər verir ki, bu barədə “Azərpoçt” MMC məlumat yayıb.

“Azərpoçt” vətəndaşlara belə vədlərə etimad etməməyi, qurumun həyata keçirdiyi kampaniyalarla bağlı məlumatlarla qarşılaşdıqda – 169 Çağrı mərkəzi və rəsmi sosial şəbəkə hesablarından məlumatı dəqiqləşdirməyi tövsiyə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti