...

“SpaceX” daha 22 internet peykini orbitə çıxarıb

Gündəm Materials 9 Sentyabr 2023 13:21 (UTC +04:00)
“SpaceX” daha 22 internet peykini orbitə çıxarıb
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

“Falcon 9” raket daşıyıcısı bu gün “Starlink” sisteminin qlobal şəbəkəsinin əhatə dairəsini genişləndirmək üçün 22 mini-peykdən ibarət növbəti partiyanı uğurla orbitə çıxarıb.

Trend xəbər verir ki, bu barədə “SpaceX” şirkəti məlumat yayıb.

“22 “Starlink” peykinin orbitə buraxılması təsdiqlənib”, - məlumatda deyilir.

Raket buraxılışı Florida ştatındakı Kanaveral burnunda ABŞ Kosmik Qüvvələrinin 40-cı buraxılış kompleksindən həyata keçirilib. Təxminən bir saat sonra kosmik gəmi orbitə buraxılıb.

Qeyd edək ki, bu, “Starlink” layihəsi çərçivəsində 2019-cu ilin may ayından etibarən internet peyklərinin 106-cı, bu ilin əvvəlindən isə 37-ci buraxılışıdır. Cari buraxılışı nəzərə alsaq, “SpaceX” artıq 5 mindən çox belə peyki orbitə çıxarıb. Onlardan bəziləri sıradan çıxıb və ya orbitdən çıxıb. Hazırda orbitdə 4,7 mindən çox cihaz işlək vəziyyətdə qalır.

“SpaceX” hazırda dünyanın ən böyük peyk operatorudur. “Starlink” internet şəbəkəsi Şimali və Cənubi Amerika, Avropa, Asiya, Afrika və Avstraliya da daxil olmaqla 62 ölkədə istifadəçilər üçün əlçatandır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti