...

“X”in bugünkü dəyəri məlum olub

Gündəm Materials 5 Oktyabr 2023 15:22 (UTC +04:00)
“X”in bugünkü dəyəri məlum olub
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

“Twitter” və ya dəyişdirilmiş adı ilə “X”in bugünkü dəyəri məlum olub.

Trend xarici KİV-lərə istinadla xəbər verir ki, İlon Maskın 44 milyard dollara aldığı “Twitter” və ya dəyişdirilmiş adı ilə “X”in bugünkü dəyəri 8 milyard dollar olaraq hesablanır.

Bundan əlavə, şirkətin 13 milyard dollarda borcu var.

Qeyd edək ki, “Twitter” və ya dəyişdirilmiş adı ilə “X” onlayn sosial şəbəkə xidmətləri təklif edən saytdır.

“Twitter” 2006-cı ilin mart ayında Cek Dorsi və Cüli tərəfindən yaradılıb. 25 aprel 2022-ci ildə “Twitter” İlon Mask tərəfindən 44 milyard dollara alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti