...

İstanbulun media isteblişmenti Trend BİA və DHA informasiya agentliyinin birgə layihəsinin təqdimatında (FOTO/VİDEO)

Gündəm Materials 17 Oktyabr 2023 13:20 (UTC +04:00)

İstanbul. Trend:

“Demirören Holding”in İstanbulda yerləşən baş ofisində Trend BİA və Türkiyənin nüfuzlu Demirören (DHA) informasiya agentliyinin birgə layihəsi olan "www.dhapress.com " portalının təqdimatı keçirilib. Portalın unikal xüsusiyyəti Azərbaycan dilində xəbər lentinə malik olmasıdır. İlk dəfə Türkiyənin media bazarında Azərbaycan xəbərləri Azərbaycan dilində təqdim olunacaq.

Trend xəbər verir ki, "www.dhapress.com" layihəsi Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan-Türkiyə birgə media platformasının yaradılmasına dair irəli sürdüyü təşəbbüs çərçivəsində həyata keçirilib.

Portal Trend tərəfindən hazırlanmış unikal rəqəmsal platformanın əsasında formalaşdırılıb, məzmun idarəetməsi və informasiyaya çıxış imkanı sahəsində ən müasir yenilikləri özündə əks etdirir. DHA kollektivinin peşəkarlığı və yaradıcı potensialı isə qısa müddətdə "www.dhapress.com" portalını Türkiyədə ən populyar portallardan birinə çevirməyə imkan verəcək.

Təqdimat mərasimində Azərbaycanın İstanbuldakı baş konsulu Nərminə Mustafayeva, “DHA”-nın baş direktoru Celal Korkut, Trend BİA-nın direktoru İlqar Hüseynov, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, Audiovizual Şuranın sədri İsmət Səttarov, Milli Məclisin deputatı Sevil Mikayılova, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, Avropa Xəbər Agentlikləri Alyansının (EANA) baş katibi Aleksandr Giboi, Türkiyə və Azərbaycanın rəsmi şəxsləri və ictimai xadimləri, iki ölkənin işgüzar dairələrinin nümayəndələri, eləcə də Türkiyədə akkreditasiya olunmuş yerli və xarici KİV nümayəndələri iştirak ediblər.

Təqdimat mərasimində çıxış edən rəsmilər Azərbaycan-Türkiyə birgə media platformasının əhəmiyyətindən bəhs ediblər. İki qardaş ölkə arasında bütün sahələrdə əlaqələrin, əməkdaşlığın sürətlə inkişaf etdiyi vurğulanıb. Qloballaşan dünyada media əməkdaşılığının olduqca vacib olduğu qeyd olunub. Son illər Azərbaycanın mediasınıns ürətli inkişaf etdiyi və artıq qərb mediası ilə ayaqlaşa biləcək səviyyəyə gəlib çatdığı bildirilib.

Layihənin təqdimatı Azərbaycanın və qardaş Türkiyənin KİV-ləri tərəfindən də geniş işıqlandırılıb.

Qeyd edək ki, www.dhapress.com informasiya portalı DHA və Trend BİA-nın əməkdaşlığı nəticəsində yaradılıb. Layihənin Azərbaycanda təqdimatı iyulun 22-də Şuşada, Qlobal Media Forumu çərçivəsində baş tutub və qardaş ölkədə geniş rezonans doğurub.

Tədbir haqqında videoreportajı izləyə bilərsiniz:

Xəbər lenti

Xəbər lenti