...

Azərbaycan mediası Qərb mediası ilə müqayisə oluna biəcək səviyyəyə çatıb - İstanbuldakı baş konsul (VİDEO)

Gündəm Materials 17 Oktyabr 2023 14:55 (UTC +04:00)
Azərbaycan mediası Qərb mediası ilə müqayisə oluna biəcək səviyyəyə çatıb - İstanbuldakı baş konsul (VİDEO)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

İstanbul. Trend:

Media sahəsi çox önəmlidir. Media əhatə etdiyi bütün sahələrlə cəmiyyətin, ölkənin portretini çəkmiş olur.

Trend xəbər verir ki, bu barədə Azərbaycanın İstanbuldakı baş konsulu Nərminə Mustafayeva “Demirören Holding”in İstanbulda yerləşən baş ofisində Trend BİA və Türkiyənin nüfuzlu Demirören (DHA) informasiya agentliyinin birgə layihəsi olan "www.dhapress.com " portalının təqdimatı mərasimində çıxışı zamanı deyib.

"Eyni zamanda, medianın insanları yönləndirməsi də xüsusi nəzərə alınmalıdır. Azərbaycan mediasının son illər inkişaf səviyyəsini vurğulamaq lazımdır. Artıq Azərbaycan mediası Qərb mediası ilə müqayisə oluna biləcək səviyyəyə çatıb. Bu uğurun arxasında böyük zəhmət, əziyyət dayanır.

"Dhapress" saytının yaradılması da böyük zəhmətlərin, çalışmaların, uzun illər qazanılan təcrübənin uğurlu nəticəsdir.

Bu gün bütün sahələrdə olduğu kimi, Azərbaycan və Türkiyə media sahəsində də bir-birinə dəstək olur. Bu saytın yaradılması uğurlu əməkdaşlığın nəticəsidir. Əminəm ki, bütün sahələrdə olduğu kimi, media sahəsində də yeni layihələrin, tərəfdaşlıqların şahidi olacağıq", - deyə Nərminə Mustafayeva əlavə edib.

Xatırladaq ki, “Demirören Holding”in İstanbulda yerləşən baş ofisində Trend BİA və Türkiyənin nüfuzlu Demirören (DHA) informasiya agentliyinin birgə layihəsi olan "www.dhapress.com" portalının təqdimat mərasimi baş tutub. "www.dhapress.com" layihəsi Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan-Türkiyə birgə media platformasının yaradılmasına dair irəli sürdüyü təşəbbüs çərçivəsində həyata keçirilib. Portalın unikal xüsusiyyəti Azərbaycan dilində xəbər lentinə malik olmasıdır. İlk dəfə Türkiyənin media bazarında Azərbaycan xəbərləri Azərbaycan dilində təqdim olunacaq. Təqdimat mərasimində DHA-nın baş direktoru Cəlal Korkut, Trend BİA-nın direktoru İlqar Hüseynov, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, Audiovizual Şuranın sədri İsmət Səttarov, Milli Məclisin deputatı Sevil Mikayılova, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, Türkiyə və Azərbaycanın rəsmi şəxsləri və ictimai xadimləri, iki ölkənin işgüzar dairələrinin nümayəndələri, eləcə də, Türkiyədə akkreditasiya olunmuş yerli və xarici KİV nümayəndələri iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti