...

“Threads”də növbəti iki yenilik

Gündəm Materials 17 Oktyabr 2023 16:52 (UTC +04:00)
“Threads”də növbəti iki yenilik
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

“Threads”ə paylaşımların redaktə edilməsi funksiyası əlavə edilib.

Trend-in məlumatına görə, “Meta” şirkətinin CEO-su Mark Zukerberq şirkətin “X” analoqu olan “Threads”ə paylaşımların redaktə edilməsi funksiyasının əlavə edildiyini anons edib.

İstifadəçilər öz postlarını paylaşdıqdan sonrakı 5 dəqiqə ərzində bu funksiya sayəsində onları redaktə edə biləcəklər. Qeyd etmək lazımdır ki, “X”də paylaşımların redaktə edilməsi funksiyası yalnız aylıq abunəliyə qoşulmuş istifadəçilər üçün aktivdir. “Threads”də isə sözügedən funksiya hamı üçün aktiv olacaq.

Bununla yanaşı, “X”dən fərqli olaraq “Threads”də paylaşımların redaktə olunması tarixçəsi görünməyəcək. Bundan əlavə olaraq “Threads” üçün “Voice Threads” adlı funksiya da anons edilib. Adından da bəlli olduğu kimi, yeni funksiya “Threads”də səsli paylaşımların əlavə edilməsini mümkün edəcək.

Səsin yazılmasından sonra sistem onun üçün uyğun başlığı tərtib edəcək. Lakin istifadəçi öz istəyinə uyğun olaraq tərtib edilmiş başlığı redaktə edə biləcək. Yeni funksiyalar yaxın zamanda hamı üçün “Threads”in həm mobil tətbiqində, həm də veb versiyasında istifadəyə veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti