...

Süni zəka yaxın illərdə şüura sahib ola bilər

Gündəm Materials 19 Oktyabr 2023 16:37 (UTC +04:00)
Süni zəka yaxın illərdə şüura sahib ola bilər
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

Süni zəka texnologiyalarının hazırlanmasında yardımçı olmuş alim süni zəkanın təhlükəsiz inkişaf üsullarını ən yaxşı şəkildə fikirləşmək yolunda hökumətlərə, şirkətlərə və həmkarlarına çağırışlar edib.

Trend-in məlumatına görə, süni zəkanın "Xaç atası" hesab edilən və bu ilin əvvəlində “Google” şirkətindən ayrılmış Geoffrey Hinton hesab edir ki, süni zəka özündə həm pisliyi, həm də yaxşılığı birləşdirə bilər.

Bununla belə G.Hinton etiraf edib ki, o, süni zəkanı insanlara qarşı çıxmağı istəməməyə necə məcbur etmək lazım olduğunu bilmir. Onun fikrincə süni zəkanın aradan çıxıb özünü təkmilləşdirmə imkanı indi də mövcuddur. O, proqram təminatı kodunu yaxşı şəkildə tərtib edir və onu necə təkmilləşdirmək lazım olduğunu yaxşı bilir.

Geoffrey Hinton hesab edir ki, insan özündən ağıllı bir şeyi yaratmaqla böyük qeyri-müəyyənlik dövrünə qədəm qoyur və indiyədək rastlaşmadığı risklərlə rastlaşmaq təhlükəsi ilə qarşı-qarşıya qalır. "Bəlkə də biz geriyə dönüb baxaraq insanlığın bu cür texnologiyaları hazırlamaq qərarını verdiyi və özünü mənfi nəticələrdən qorumaq üçün hansı tədbirləri gördüyü dönüş nöqtələrinə nəzər yetirməliyik. Güman edirəm ki, mənim əsas mesajım ondan ibarətdir ki, nəyi gözləmək lazım olduğu mövzusunda böyük qeyri-müəyyənlik var" - deyə Geoffrey Hinton qeyd edib. G.Hinton-un fikirincə bizim süni zəka tərəfindən qorxmalı olduğumuz faktorlar var. Məsələn insanlığa qarşı çıxmaq. "Mən bunun dəqiq şəkildə baş verəcəyini söyləmirəm. Əgər biz onun istəklərini başqa istiqamətə yönləndirsək, bu, çox yaxşı olacaq. Lakin onu insanlara qarşı çıxmaq istəməməsinə necə məcbur etmək olar? Heç bir fikrim yoxdur" - deyə Geoffrey Hinton əlavə edib.

G.Hinton-un fikrincə süni zəka artıq indi anlaya və diskussiya apara bilir. Bəli, o bunu insan səviyyəsində hələ edə bilmir. Lakin hələ edə bilmir. Ehtimal var ki, “ChatGPT” kimi sistemlər artıq 5 ildən sonra insanlardan daha yaxşı diskussiya apara biləcəklər. Süni zəka performans və effektivliyi yüksəldə bilər. Eyni zamanda o, bir çox insan üçün potensial işsizlik mənbəyini özündə daşıyır. Hamını iş ilə təmin etmək üçün yeni iş yerləri yetəri sayda olmaya bilərlər. Bundan əlavə olaraq Geoffrey Hinton süni zəka tərəfindən əla şəkildə tərtib edilən fake məlumatlardan, alqoritmlərin qərəzli olmalarından, bu texnologiyanın insanların izlənməsində istifadə edilməsindən və avtonom silah sistemlərinin hazırlanmasında iştirak edilməsindən də narahatdır.

"Güman edirəm ki, bizdən daha ağıllı olacaq şeylərin ortaya çıxacaqları zaman artıq çox yaxındır" - deyə G.Hinton qeyd edib. Süni zəka artıq proqram təminatı kodunu tərtib etməyi bacarır. Alimin fikrincə onun insan nəzarəti altından çıxması və özünü istənilən üsul vasitəsilə təkmilləşdirməsi imkanı artıq mövcuddur. Bununla belə sözügedən texnologiya özündə böyük potensialı da birləşdirir. O, səhiyyə sahəsində insanlara faydalı ola bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti