...

Dünyanın ən böyük kriptovalyuta birjasından sutka ərzində 1 milyard dollar çıxarılıdı

Gündəm Materials 23 Noyabr 2023 13:36 (UTC +04:00)
Dünyanın ən böyük kriptovalyuta birjasından sutka ərzində 1 milyard dollar çıxarılıdı
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

“Binance” kriptovalyuta birjasının istifadəçiləri son sutka ərzində hesablarından 1 milyard dollarlıq vəsaiti çıxarıb.

Trend “Nansen” analitika şirkətinə istinadən məlumat yayıb.

İstifadəçilər tərəfindən vəsaitin çıxarılmasına “Binance” birjasının Baş direktoru Çanpen Çjaonun istefası səbəb olub. Eyni zamanda, bank məxfiliyi barədə qanunu pozmaqda ittiham edilən kriptovalyuta birjası 4,3 milyard dollar cərimələnib.

“Nansen”in məlumatına görə, itkilərə baxmayaraq, “Binance” kriptovalyuta birjası hələ də 65 milyard dollardan çox aktivə malikdir ki, bu da onu qəfil kapital itkisinə kifayət qədər davamlı edir.

Qeyd edək ki, rəqəmsal aktivlərin ticarəti üzrə dünyanın aparıcı sistemi olan “Binance” kriptovalyuta birjası 2017-ci ildə çinli Çanpen Çjao tərəfindən təsis edilib. 2021-ci ildə ÇXR hakimiyyət orqanları ölkədə kriptovalyuta əməliyyatları xidmətlərinin göstərilməsi ilə mübarizə məqsədilə birjanın saytını və mobil tətbiqini bloklayıb.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti