...

“Tərtər işi” ilə bağlı vaxtında istintaq apardıq - Xanlar Vəliyev

Gündəm Materials 12 Dekabr 2023 12:36 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

“Tərtər işi” ilə bağlı vaxtında istintaq apardıq.

Trend xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın baş prokurorunun müavini, hərbi prokuror Xanlar Vəliyev deyib.

"İndi iş Baş Prokukorluqda aparılır. Biz vaxtında istintaq apardıq, müəyyən qisim işlər gördük. Baş Prokukorluq işi təzələyib, istintaq aparılır", - deyə X.Vəliyev bildirib.

Hərbi cinayətlərdən bəhs Xanlar Vəliyev bildirib ki, hər il ən azı 98-99 faiz cinayətin üstü açılır.

"Xüsusən ölüm halları ilə bağlı 100 faiz cinayətin üstü açılır. Tapşırıq vermişəm ki, hər bir ölüm halı ilə bağlı dərhal cinayət işi başlanılmalıdır", - deyə o əlavə edib.

Qeyd edək ki, 2021-ci ilin dekabr ayında Baş Prokurorluqda "Tərtər işi" ilə bağlı cinayət işlərinin icraatının təzələnməsi ilə bağlı qərarlar qəbul edilib. İstintaq zamanı iş üzrə şübhəli bilinən şəxslər cinayət məsuliyyətinə cəlb olunub. Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 126.3 (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurma), 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.3 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma) və 341.2.3-cü və digər maddələri ilə ittiham olunurlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti