...

Qəzza zolağında girovların azad edilməsi ilə bağlı irəliləyiş var - Qətərin baş naziri

Gündəm Materials 29 Yanvar 2024 23:56 (UTC +04:00)
Qəzza zolağında girovların azad edilməsi ilə bağlı irəliləyiş var - Qətərin baş naziri
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Qətərin baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdül Rəhman Əl Tani Qəzza zolağında Fələstinin "HƏMAS" hərəkatı tərəfindən saxlanılan girovların azad edilməsində irəliləyiş olduğunu bildirib.

Trend-in məlumatına görə, bu barədə Qətərin baş naziri Vaşinqtonda Atlantik Şurada çıxışı zamanı bildirib.

Məlumata əsaəsn, danışıqlar Misir, İsrail və ABŞ-ın kəşfiyyat rəhbərlərinin iştirakı ilə aparılıb.

Baş nazir vurğulayıb ki, əldə edilən irəliləyiş çox güman ki, vəziyyətin normala dönməsinə və ya heç olmasa gələcək addımlar üçün zəmin yaradacaq. O qeyd edib ki, İsrail və HƏMAS arasında Misir, Qətər və ABŞ-ın vasitəçiliyinin iştirakı ilə aparılan danışıqların hazırkı mərhələsi gələcəkdə Qəzza zolağında davamlı atəşkəsə gətirib çıxara bilər.

Hökumət başçısı həmçinin bildirib ki, bütün israilli girovların azad edilməsi potensial razılaşma üçün əsas şərt olacaq. O, həmçinin HƏMAS nümayəndələrinin prosesdə müsbət və konstruktiv iştirakına nail olmaq üçün saziş layihəsini onlara təqdim etmək niyyətində olduğunu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti