...

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib (FOTO)

Gündəm Materials 25 Fevral 2024 20:33 (UTC +04:00)
Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib (FOTO)
Gülnarə Kərimova
Gülnarə Kərimova
Bütün xəbərlər

Bakı. Trend:

Vətənimizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Azərbaycanın Milli Qəhrəmanı Əfqan Hüseynov və Vətən müharibəsi şəhidi Toğrul Atakişiyevin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, mərasimlərdə Müdafiə Nazirliyinin hərbi qulluqçuları, kursantlar, məktəblilər, şəhidlərin ailə üzvləri və yaxınları, eləcə də digər qonaqlar iştirak ediblər.

Əvvəlcə şəhidlərimizin məzarları ziyarət edilib, önünə tər çiçəklər düzülüb, ruhlarına dualar oxunub.

Anım mərasimlərində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.

Çıxış edənlər Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuzun Vətən müharibəsində qazandığı tarixi qələbədən, bu şanlı Zəfərin qazanılmasında igid oğullarımızın göstərdikləri qəhrəmanlıq və şücaət nümunələrindən söz açaraq şəhidlərimizin şərəfli həyat və döyüş yollarından danışıblar.

Şəhidlərin ailə üzvləri və yaxınları göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin daim uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti