...

BMT-nin baş katibi beynəlxalq ictimaiyyəti ikili standartlardan çəkinməyə çağırıb

Gündəm Materials 21 Mart 2024 21:50 (UTC +04:00)
BMT-nin baş katibi beynəlxalq ictimaiyyəti ikili standartlardan çəkinməyə çağırıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Beynəlxalq ictimaiyyət Ukrayna və Qəzza zolağındakı münaqişələrdə BMT Nizamnaməsinə və beynəlxalq humanitar hüquqa uyğun olan prinsiplərə əməl etməli, ikili standartlardan çəkinməlidir.

Trend-in məlumatına görə, bunu BMT-nin baş katibi Antonio Quterreş Aİ-nin Brüsseldə keçirilən sammitinə gələrkən deyib.

"HƏMAS-ın 7 oktyabr (2023-cü il – red.) terror aktını pislədiyimiz kimi, indi gördüklərimizi də pisləyirik: Qəzzada misli görünməmiş sayda qurbanlar var. Biz həm Ukraynada, həm də Qəzzada ikili standartlar olmadan prinsiplərə əməl etməliyik", - deyə o əlavə edib.

Quterreş, həmçinin qlobal çağırışlar üzrə BMT ilə sıx əməkdaşlığa görə Aİ-yə təşəkkür edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti