...

“Tesla” bir neçə ölkədə elektromobillərinin qiymətlərini endirib

Gündəm Materials 22 Aprel 2024 14:07 (UTC +04:00)
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

“Tesla” kompaniyası ABŞ, Çin və bir sıra digər ölkələrdə bəzi model elektromobillərin qiymətini aşağı salıb.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, kompaniya ABŞ-da “Model Y” büdcəli krossoveri, “Model X” premium krossoveri və “Model S” sedanının qiymətini 2 min dollar ucuzlaşdırıb. Həmçinin sürücüyə yardım sisteminin (avtopilot) qiyməti 12 min dollardan 8 min dollara endirilib.

Çində isə “Model 3” büdcəli sedanın, həmçinin “Model Y”, “Model X” və “Model S” modellərinin qiyməti təxminən 2 min dollar aşağı salınıb. Endirimlər bəzi Avropa, Yaxın Şərq və Afrika ölkələrində də tətbiq olunub.

Qeyd edək ki, “Tesla” kompaniyasının rəhbəri İlon Mask ötən həftə Hindistana planlaşdırılan səfərini təxirə salıb. Səfərin bu ilin sonunda baş tutacağı gözlənilir. İlon Mask Hindistanda avtomobil zavodu tikmək niyyətindədir.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti