...

Qəsdən adam öldürmə faktına görə cinayət işi başlanıb (ƏLAVƏ OLUNUB)

Gündəm Materials 21 İyun 2024 14:27 (UTC +04:00)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

İyunun 21-də saat 13 radələrində Mingəçevir şəhəri, Yeni həyat qəsəbəsi ərazisində 1999-cu il təvəllüdlü Aygün Vəliyevanın öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Mingəçevir şəhər prokurorluğundan Trend-ə verilən məlumata görə, araşdırma zamanı 1990-cı il təvəllüdlü Elçin Əliyevin aralarında yaranmış mübahisə zamanı bıçaqla arvadı Aygün Vəliyevaya xəsarətlər yetirməklə onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Elçin Əliyev iş üzrə şübhəli şəxs qismində tutulub.

XXX
Saat 14.09

İyunun 21-də saat 13 radələrində Mingəçevir şəhərində 1999-cu il təvəllüdlü Vəliyeva Aygün Elşan qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən qadının əri, 34 yaşlı Əliyev Elçin Rafael oğlu könüllü olaraq polisə təslim olub.

Araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti