...

Rusiya FTX Zəngəzur dəhlizi üzərində yalnız monitorinq funksiyasına malik ola bilər - Paşinyan

Gündəm Materials 12 Oktyabr 2024 14:31 (UTC +04:00)
Rusiya FTX Zəngəzur dəhlizi üzərində yalnız monitorinq funksiyasına malik ola bilər - Paşinyan
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Zəngəzur dəhlizi üzərində yalnız monitorinq funksiyasına malik ola bilər.

Trend xəbər verir ki, bu barədə Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan "Sülhün kəsişmə nöqtəsi: Təhlükəsizlik və Demokratiyanı bir araya gətirmək" konfransında bildirib.

O, 10 noyabr 2020-ci il tarixində Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanatın 9-cu bəndinə istinad edərək, "Nəqliyyat əlaqələrinə nəzarət Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Sərhəd Xidməti orqanları həyata keçirir" cümləsinə diqqət çəkib.

“Bu nə deməkdir? Bunun nə demək olduğu Rusiya Federasiyası Prezidentinin 10 dekabr 2020-ci il tarixli fərmanında izah olunub. Bu o deməkdir ki, Rusiya Federasiyasının nümayəndələrinə Ermənistanın öz öhdəliyini necə yerinə yetirdiyini görmək üçün hansısa monitorinq funksiyası verilə bilər”, - Paşinyan qeyd edib.

Başqa bir yandan, o, " bəyanatdakı bəndlərin heç biri Ermənistanın suveren hüquqlarına hər hansı məhdudiyyəti nəzərdə tutmadığını" qeyd edib.

Daha əvvəl, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova, kommunikasiya xətləri açılması üçün görülən geniş işlərin "İrəvanın sərhəd nəzarəti ilə bağlı mövqeyi səbəbindən dayandığını" bildirib.

"Beləliklə, Ermənistan FTX-nin sərhəd xidməti tərəfindən nəqliyyat əlaqələrinin nəzarətini imtina edib və faktiki olaraq işçi qrupundakı iştirakını dondurub", – M.Zaxarova əlavə edib.

Azərbaycan Respublikası Prezidentinin xüsusi məsələlər üzrə nümayəndəsi Elçin Əmirbəyovun sözlərinə görə, Zəngəzur dəhlizinin açılması Azərbaycan və Ermənistan arasında etimadın güclənməsinə xidmət edəcək.

"Əgər biz uzunmüddətli, dayanıqlı və dönməz sülhdən danışırıqsa, Zəngəzur dəhlizinin açılması sülhün bilavasitə nəticələrindən biridir və bu, təkcə Azərbaycana deyil, hətta daha çox Ermənistana fayda verə bilər", - o bildirib.

Xəbər lenti

Xəbər lenti