...

Ötən gün qanunsuz saxlanılan silah-sursat aşkar olunub

Gündəm Materials 29 Yanvar 2025 11:01 (UTC +04:00)
Ötən gün qanunsuz saxlanılan silah-sursat aşkar olunub
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, yanvarın 28-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 6 avtomat silahı, 2 tapança, 9 qumbara, 34 tüfəng, 5 patron darağı və 650 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti