Bakı. Trend:
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Trend
xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, fevralın 6-da polis əməkdaşları paytaxt və
respublikanın ayrı-ayrı rayonlarında 11 avtomat silahı, 11 tüfəng,
11 patron darağı və 1925 ədəd müxtəlif çaplı patron aşkar edərək
götürüblər.