...

Polis paytaxtda evlərdən oğurluq edənləri saxlayıb

Gündəm Materials 26 Fevral 2025 11:55 (UTC +04:00)
Polis paytaxtda evlərdən oğurluq edənləri saxlayıb
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Sabunçu rayonu Nardaran qəsəbəsi ərazisində yerləşən evlərin birində kirayədə yaşayan şəxsin 2800 manatlıq televizorun oğurlanması barədə polisə məlumat daxil olub.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Sabunçu RPİ 42-ci Polis Bölməsi əməkdaşları tərəfindən keçirilən tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 46 yaşlı M.Məmmədov müəyyən olunaraq saxlanılıb.

Analoji hadisə Nəsimi rayonu ərazisində yerləşən evlərin birində də baş verib.

5000 manat talamaqda şübhəli bilinən K.Hüseynli polis əməkdaşları tərəfindən saxlanılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti