...

Türkiyədə radio və televiziya şurasının göstərişi ilə yayımların dayandırılması ilə bağlı xəbərlər təkzib edilib

Gündəm Materials 23 Mart 2025 07:16 (UTC +04:00)
Türkiyədə radio və televiziya şurasının göstərişi ilə yayımların dayandırılması ilə bağlı xəbərlər təkzib edilib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar İdarəsinin Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi "Radio və Televiziya Ali Şurasının əmri ilə televiziyada bütün canlı yayımların dayandırıldığı" iddiasını təkzib edib.

Trend-in məlumatına görə, bu barədə Mərkəzin sosial şəbəkədə yaydığı məlumatda deyilib.

Bildirilib ki, bəzi KİV-lərdə dərc olunan və sosial şəbəkələrdə yayılan "Televiziyada bütün canlı yayımlar Radio və Televiziya Ali Şurasının göstərişi ilə dayandırılıb" iddiası həqiqətə uyğun deyil.

"Radio və Televiziya Ali Şurası (RTÜK) xatırladıb ki, 6112 saylı Qanunun 8-ci maddəsinə əsasən, "Qanundan kənar yayım edən, ictimaiyyəti küçələrə çıxmağa çağıran, qeyri-qanuni təşkilatlar adından açıqlamalar verən, fərdi hüquqlara zidd olan qərəzli yayımla məşğul olan, ictimaiyyətin təhlükəsizliyini təhdid edən açıqlamalar və yayımlar aparan yayımçılar, kadrlar və hüquq-mühafizə orqanlarının əməkdaşları cəzalandırıla, o cümlədən yayımın uzun müddətə dayandırılması və lisenziyaların ləğvi ilə üzləşə bilərlər", - deyə bildirilib.

Açıqlamada qeyd olunub ki, RTÜK-ün xəbərdarlığı canlı yayımları dayandırmaq deyil, yuxarıda adı çəkilən qanunun müddəalarına riayət etməkdən ibarət olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti