Bakı. Trend:
Uzun illər həsrətini çəkdiyim, həsrətində yaşadığım yurduma qayıtdığıma sevinirəm.
Bunu Trend-ə açıqlamasında Ağdam sakini Xatirə Bağırova deyib.
Onun sözlərinə görə, həyatının 31 ilini öz yurdundan uzaqda yaşayıb. İndi isə bu həsrətə son qoyur.
"Allah Prezidentimizi qorusun, şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Hamının öz yurduna qayıtmasını arzulayıram. Dövlətimizdən razıyıq ki, bizi hər bir şəraitə yaradıb", - deyə o bildirib.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 minə yaxın insan yaşayır.