...

Aprelin 17-də imtahan verəcək sürücülərin NƏZƏRİNƏ

Gündəm Materials 11 Aprel 2025 14:45 (UTC +04:00)
Aprelin 17-də imtahan verəcək sürücülərin NƏZƏRİNƏ
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Aprelin 17-də keçiriləcək imtahanda iştirak edəcək namizədlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.

Trend xəbər verir ki, bu barədə DİM məlumat yayıb.

Bildirilib ki, məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri, beynəlxalq yük daşımalarını həyata keçirən sürücülər və beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxsləri üçün aprelin 17-də imtahan keçirəcək.

"İmtahanda iştirak edəcək şəxslər “İmtahana buraxılış vərəqəsi”ni "Elektron imtahanlara buraxılış vərəqələri və nəticələrin çapı" xidməti vasitəsi ilə çap edə bilərlər.

Qeyd edək ki, namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir.

Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq",- deyə məlumatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti