Bakı. Trend:
Bu gün, aprelin 19-da Bakı şəhər kommunal xidmətləri tərəfindən paytaxtda aparılan genişmiqyaslı təmizlik işləri çərçivəsindəküçə və yol kənarlarına, həyət və məhəllələrə yayılan tozun təmizlənməsi,mövcud yaşıllıqlara qulluq göstərilməsi həyata keçirilib.
Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin kommunal təsərrüfat xidmətlərinin texnikası tərəfindən şəhərin 550 əsas küçə, prospekt və məhəllədaxili yolların yuyucu maddələrlə yuyulması təmin edilib və eyni zamanda genişmiqyaslı təmizlik və abadlıq işləri həyata keçirilib.
Qeyd edilib ki, paytaxtın bütün rayonlarını əhatə edən iməclik Bakı şəhərinin daha da gözəlləşdirilməsinə böyük töhfə olmuşdur.