Bakı. Trend:
Tehranın nüvə proqramı üzrə ABŞ-İran danışıqlarının dördüncü raundu bu həftə sonu, mayın 10-11-də baş tuta bilər.
Trend-in məlumatına görə, bu barədə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffun müvafiq sözlərini "X" sosil şəbəkəsində Axios-un müxbiri Barak Ravid sitat gətirib.
"Uitkoff mənə bildirib ki, ABŞ bu həftə sonu İranla nüvə danışıqlarının dördüncü raundunu razılaşdırmağa çalışır", - deyə o yazıb.
"Əgər bu baş verməsə, bu, yalnız prezidentin [ABŞ Donald Trampın] Yaxın Şərqə səfəri ilə bağlı olacaq", - deyə xüsusi nümayəndə deyib.