Bakı. Trend:
Ötən il ərzində plazmaferezlə bağlı 11 888 tibbi xidmət icbari tibbi sığorta hesabına icra olunub.
Bu barədə Trend-ə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, plazmaferez icbari tibbi sığortanın Xidmətlər Zərfindətəminata daxildir.
Bu tibbi xidmət tibbi göstəriş və ixtisaslı həkim təyinatı ilə TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrindən Nərimanov, Nizami və Xətai tibb mərkəzlərində, eləcə də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqaviləli tibb müəssisələrində (özəl və müvafiq dövlət orqanlarının tabeliyində olan tibb müəssisələrində) göndəriş əsasında icra olunur.
Qeyd edək ki, plazmaferez orqanizmi zərərli maddələrdən təmizləyən müalicə üsuludur. Bu prosedur allergik xəstəliklər, kəskin və xroniki zəhərlənmələr, bronxial astma, xroniki bronxit, böyrək çatışmazlığı, bəzi ürək, qan, sinir, endokrin sistem, qaraciyər və dəri xəstəliklərinin əsas və ya köməkçi müalicəsində istifadə olunur.