...

Suraxanı və Nərimanov rayonlarında narkotik vasitə aşkarlanıb

Gündəm Materials 10 İyun 2025 18:32 (UTC +04:00)
Suraxanı və Nərimanov rayonlarında narkotik vasitə aşkarlanıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə davam etdirilir.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, paytaxtın Suraxanı və Nərimanov rayonları ərazisində həyata keçirilən tədbirlər zamanı 26 yaşlı Z.Şıxalızadə və əvvəllər məhkum olunmuş 49 yaşlı X.Bayramov şübhəli şəxs qismində saxlanılıblar.

Onlardan ümumi çəkisi iki kiloqrama yaxın heroin, metamfetamin və marixuana aşkarlanıb.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti