Bakı. Trend:
Müdafiə Nazirliyinin Mərkəzi Hərbi-Həkim Komissiyasının keçmiş rəhbəri Rasim Həsənov saxlanılıb və onun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə təqdimat edilib.
Trend-in məlumatına görə, təqdimata Bakı Hərbi Məhkəməsində baxılıb. Məhkəmənin qərarı ilə Rasim Həsənov haqqında 2 ay 19 gün müddətinə həbs qətimkan tədbiri tətbiq olunub.
Rasim Həsənov Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsi ((Rüşvət alma, təkrar törədildikdə), 311.3.3-cü maddəsi (Rüşvət alma, külli miqdarda törədildikdə), 313-cü maddəsi (Vəzifə saxtakarlığı) və 341.2.3-cü maddəsi (Vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma, ağır nəticələrə səbəb olduqda) üzrə ittiham edilir.