...

Ələt-Astara yolunda ağır yol qəzası (əlavə)

Hadisə Materials 27 Sentyabr 2007 00:15 (UTC +04:00)

Azərbaycan, Lənkəran/ Trend , Müxbir P.Əliyeva. 26 sentyabr saat 18-20 radələrində Ələt-Astara magistral yolunun 156-ci km-də, Masallı rayonunun Alvadı kəndi ərazisində 30 BB- 641 Dövlət nömrə nişanlı "QAZel" markalı avtomobillə Azpetrol şirkətinə məxsus 10 AZ- 781 dövlət nömrə nişanlı maşın toqquşaraq partlayış və yanğın baş verib. Nəticədə mikroavtobusun sürüçüsü Massallı rayon Sərkivaz kənd sakini, 1982-ji il sakini Siyavuş Mikayılov və onun əmisi oğlu 1985-ji il sakini Elvin Mikayılov tanınmaz dərəjədə yanıblar. Azpetrol şirkətinə məxsus avtomobilin sürüçüsü Tovuz rayonun Aşağıayıblı kənd sakini 1962-ji il təvəllüdlü Əkbər Əkbərov xəsərət alaraq Masallı rayon xəstəxanasına yerləşdirilib. Hadisə yerinə Göytəpə şəhər və Masallı rayon Yanğından Mühafizə Xidmətinin 3 yanğınsöndürən maşını cəlb olunub. Ələt - Astara magistral yolu 1 saata qədər bağlı qalıb.

Azpetrol şirkətinə məxsus olan avtomobilin içində 17 ton 100 litr benzin, 17 ton 500 litr dizel yanaçağı olduğu bildirilir. Hər iki avtomobil Astara rayonu istiqamətində hərəkət edirmiş.

Faktla bağlı 263.3 maddəsi ilə cinayət işi başlanılıb.

Xəbər lenti

Xəbər lenti