...

Lənkəranda kişi meyidi tapılıb

Hadisə Materials 11 Fevral 2008 20:41 (UTC +04:00)

Azərbaycan, Lənkəran, 11 fevral / Trend , müxbiri P.Əliyeva/ Bazar ertəsi axşam saatlarında Lənkəran şəhərinin Kiçik bazar adlanan ərazisində Tofiq İsmayılov küçəsi 105 ünvanı ilə üzbəüz dəniz sahili hissədə naməlum kişi meyiti tapılıb. Naməlum qadın tərəfindən Lənkəran şəhər polis şöbəsinə telefonla məlumat daxil olunduqdan sonra şöbənin əməkdaşları hadisə yerinə gəliblər. İlkin araşdırmalardan sonra məlum olub ki, meyit 1960-cı il təvəllüdlü, əvvəllər məhkum edilmiş Lənkəran şəhər sakini, Əliağa Vahid küçəsi, 31 ünvanında yaşayan Əkbərov Rafiq Əbdül oğluna məxsusdur. Lənkəran şəhər rayonlararası məhkəmə ekspertizası və anatomiya mərkəzinin rəisi Rafiq Qasımovun sözlərinə görə, meyitin xarici müayinəsi zamanı heç bir zorakılıq əlaməti aşkarlanmayıb. Daxili müayinənin nəticələri isə 10-15 günə məlum olacaq. Lənkəran rayon prokurorunun müavini Mülküm Mahmudovun sözlərinə görə, faktla bağlı əlavə araşdırmalar aparılır.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti