...

Bakıda şəhər sakini odlu silahla qətlə yetirilib

Hadisə Materials 3 Mart 2008 13:45 (UTC +04:00)
Bakıda şəhər sakini odlu silahla qətlə yetirilib

Azərbaycan, Bakı, 03 mart / Trend , müxbir K.Zərbalıyeva/ Bakının Nəsimi rayonu ərazisində şəhər sakini odlu silahla qətlə yetirilib.

Nəsimi rayon prokuroru Aqşin Ziyadov bazar ertəsi Trend ə bildirib ki, martın 1-də axşam saat 23 radələrində Hüseynbala Əliyev küçəsi 16 saylı binanın blokunda şəhər sakini, Lənkəran rayonunda anadan olmuş 36 yaşlı Eldəniz Qurbanova naməlum şəxs tərəfindən odlu silahla atəş açılıb.

Qurbanov yaralı vəziyyətdə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Prokuror bildirib ki, hadisə ilə bağlı şübhəli şəxs qismində saxlanılan yoxdur.

Mərhumun şəxsiyyətinin öyrənilməsi, onun əlaqələri barədə prokurorluq tərəfindən araşdırmalar aparılır.

Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adam öldürmə (120.1) və qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və gəzdirmə (228.1) maddələri ilə cinayət işi açılıb. Hadisəni törədən şəxsin tutulması üçün əməliyyat-axtarış tədbirlərinə başlanılıb.

Xəbər lenti

Xəbər lenti