...

Akstafa rayon sakini külli miqdarda narkotik maddə satarkən yaxalanıb

Hadisə Materials 13 Mart 2008 00:28 (UTC +04:00)

Azərbaycan, Gəncə, 13 mart / Trend müxbir V. Məmmədov/ Akstafa rayon sakini Samuxda külli miqdarda narkotik maddə satarkən yaxalanıb. Bu barədə məlumatı Narkotiklərlə Mübarizə Baş İdarəsinin Gəncə-Qazax regional şöbəsinin rəis müavini Rəfail İsmayılov verib. Onun sözlərinə görə 1977-ci il təvəlüdlü Akstafa rayon sakini Nəsib İsmayılov bir kiloqram narkotik maddə olan mariaxuananı $1000 satarkən yaxalanıb.

Əməliyyat tədbirini Samux rayon Polis İdarəsi ilə Narkotiklərlə Mübrizə Baş İdarəsinin Gəncə-Qazax şöbəsi birgə keçiriblər. Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti