...

Permdə baş verən avia qəza nəticəsində həlak olan azərbaycanlıların cəsədləri vətənlərinə göndəriləcək

Hadisə Materials 14 Sentyabr 2008 16:46 (UTC +04:00)
Permdə baş verən avia qəza nəticəsində həlak olan azərbaycanlıların cəsədləri vətənlərinə göndəriləcək

Rusiya, Moskva, 14 sentyabr/ Trend , müxbir R.Ağayev/ Hazırda Moskava - Perm reysini yerinə yetirən Boeing-737 təyyarəsinin qəzası zamanı həlak olanların cəsədlərinin tanınması prosesi gedir və cəsədlərin vətənlərinə göndərilməsi barədə danışmaq hələ tezdir. Bu barədə Trend - a Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyinin konsulluq şöbəsinin hazırda bilavasitə "Şeremetyeva-1" aeroportundakı Böhran Qərərgahında işləyən nümayəndəsi bildirib.

"Lakin bu, tanınma proseduru başa çatdıqdan sonra mütləq həyata keçiriləcək. Bunun "Aeroflot" və ya Rusiya dövləti hesabına həyata keçiriləcəyi barədə danışmaq hələ tezdir, lakin "Aeroflot"dan təsdiq ediblər ki, həlak olanların ailələrinə kompensasiya icbari qaydada ödənəcək", - deyə diplomat bildirib.

O həmçinin əlavə edib ki, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun şəxsi tapşırığı ilə səhər tezdəndən intensiv iş aparılır və hadisə yerinə cəlb edilən bütün strukturlar, o cümlədən Rusiyanın Fövqəladə Hallar Nazirliyinin nümayəndələri ilə sıx əlaqə yaradılır.

Azərbaycanın RF-dakı diplomatik nümayəndəliyinin əməkdaşı bildirib ki, Boeing - 737 təyyarəsində olan xarici vətəndaşların siyahısı dəqiqləşdirilib. Diplomat bildirib ki, hazırda onlarda, pasportlara əsasən həlak olanların siyahısı var ki, bunun da nəticəsində həlak olan əcnəbilər arasında 8 Azərbaycan, 6 Ukrayna, 2 Fransa, bir Almaniya, Latviya, Türkiyə, İsveçrə, İtaliya vətəndaşlarının olduğu müəyyən olunub. "Təyyarədə Amerika vətəndaşının olması hələ təsdiq olunmayıb", - deyə səfirlik nümayəndəsi bildirib.

"Aeroflot"un mətbuat xidmətindən doqquz Azərbaycanlının həlak olması ilə bağlı verilən ilkin məlumatın yanlış olduğunu təsdiq ediblər və Trend agentliyi vasitəsilə üzr istəyərək bildiriblər ki, Lyudmila Yuqas əslində Azərbaycan deyil, Ukrayna vətəndaşıdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti