...

Naxçıvan şəhərində 7 uşaq zəhərlənib

Hadisə Materials 7 Oktyabr 2008 14:00 (UTC +04:00)

Trend-i buradan izləyin

Azərbaycan, Naxçıvan, 07 oktyabr / Trend , müxbir E.Məmmədov/ Oktyabrın 7-nə keçən gecə Naxçıvan şəhərindəki binaların birində baş vermiş yanğında 7 uşaq zəhərlənib.

Bina sakinlərinin çərşənbə axşamı Trend -un bölgə müxbirinə verdiyi məlumata görə, Heydər Əliyev prospekti bina 16-da baş verən yanğından gec xəbər tutublar.

Yanğın zamanı tüstüdən zəhərlənmiş uşaqlar Mərkəzi Xəstəxanaya aparılıb və hazırda onların vəziyyəti yaxşıdır.

Naxçıvan MR-in Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin dəstələri yanğını söndürməyə müvəffəq olublar.

Yanğının binanın zirzəmisindəki elektrik xətlərindəki qısaqapanmadan baş verdiyi ehtimal olunur. Faktla bağlı araşdırma aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti