...

Bakıda 47 yaşlı qadına qarşı soyğunçuluq edilib

Hadisə Materials 3 Dekabr 2008 16:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 dekabr / Trend , müxbir S. Kazımlı / Bakının Nərimanov rayonu ərazisində soyğunçuluq hadisəsi baş verib. Naməlum şəxs 47 yaşlı qadının çantasını alaraq qaçıb. Çantada xeyli pul və sənədlər olub. Bu barədə Nərimanov rayon Polis İdarəsindən (RPİ) çərşənbə günü Trend - a məlumat verilib.

RPI - dən bildiriblər ki, dekabrın 2 - də saat 20:00 radələrində naməlum şəxs Həsən Əliyev küçəsində Bakı sakini Yelena Əliyevanın, içərisində 300 dollar, 5100 manat, mobil telefon və sənədləri olan çantasını alaraq qaçıb.

Hadisəni törədən şəxsin müəyyən edilib tutulması üçün polis əməkdaşları tərəfindən əməliyyat - axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı Nərimanov RPİ - də Azərbaycan Cinayət Məcəlləsinin zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla soyğunçuluq törədilməsi (180.2.5 - ci ) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti