Azərbaycan, Bakı, 27 yanvar / Trend , müxbir S. Kazımlı / Azərbaycan vətəndaşlarına qarşı dələduzluq edərək onlardan xeyli miqdarda pul alıb məniməsəyən Rusiya vətəndaşının barəsində araşdırma aparılır. Bu barədə çərşənbə axşamı Trend -a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.
DİN-dən bildiriblər ki, 2008-ci ilin avqust ayında Rusiya Federasiyası vətəndaşı, əvvəllər məhkum olunan, Azərbaycan Cinayət Məcəlləsinin dələduzluq (178-ci) maddəsi ilə barəsində axtarışda elan olunan Sevda Mustafayevanın, Gəncə şəhər sakinləri Fariz Ələkbərov, Samir Zeynalov, Seymur Quliyev, Orxan Əiyev və Fuad Məmmədovun etimadlarını qazanaraq, işə düzəldəcəyi adı ilə müvafiq olaraq onlardan 6.000, 5.500, 5.500, 5.500, 3.500 dollar alması müəyyən edilib.
Faktla bağlı Səbail rayon Polis İdarəsi tərəfindən araşdırmalar aparılır.
Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]