...

Azərbaycan paytaxtında ağır cinayət hadisəsi törədilib

Hadisə Materials 23 Fevral 2009 11:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 fevral / Trend , müxbir K.Zərbalıyeva / Azərbaycan paytaxtında bazar günü ağır cinayət hadisəsi törədilib.

Suraxanı Rayon Prokurorluğundan bazaar ertəsi Trend -a bildiriblər ki, fevralın 22-də saat 11:30 radələrində Bül-Bülə qəsəbəsində 1-ci Mədən küçəsində qeydiyyatsız evdə yaşayan 1982-ci il təvəllüdlü Bakı sakını İsmayılov Kamal Misir oğlu evinin qarşısında bıçaqla ürək nahiyəsindən vurularaq qətlə yetirilib.

Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdikləri əməliyyyat tədbirləri nəticəsində qətlə yetirilənin qonşusu 1993-cü il təvəllüdlü Həsənov Şöhrət Fərhad oğlu tutulub.

Məlumata görə, ilkin istintaq zamanı İsmayılovun ailə münaqişəsi zamanı qətlə yetirildiyi məyyənləşib.

Faktla bağlı Azərbaycan Cinayət Məcəlləsinin qəsdən adam öldürmə (120.1-ci) maddəsi ilə cinayət işi açılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti