...

Bakıda ali təhsil ocağında baş vermiş hadisə zamanı xəsarət alanların vəziyyəti yaxşılaşır – Səhiyyə Nazirliyi

Hadisə Materials 4 May 2009 18:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 may / Trend , müxbir S.Babayeva /

Ötən həftə Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş hadisə zamanı yaralanan və tibbi yardım alanların sayı dəyişməz olaraq qalır - 9 nəfər. Bu barədə Səhiyyə Nazirliyindən bildiriblər.

"Yaralananlardan səkkizi Klinik Tibbi Mərkəzdə, biri isə 4 nömrəli Mərkəzi Klinik Xəstəxanada yerləşdirilib", - nazirliyin bu gün yaydığı məlumatda deyilir.

Məlumata əsasən, bütün yaralılara ilkin əməliyyat emalı edilib. Beş nəfər təcili əməliyyat və iki nəfər bu yaxınlarda əməliyyat edilib.

"Xəstələrin vəziyyəti yaxşılığa doğru dəyişir. Hadisədə xəsarət alanların üçünün vəziyyəti orta-ağır qiymətləndirilir", - Səhiyyə Nazirliyindən bildiriblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti