Azərbaycan, Bakı, 7 dekabr / Trend , müxbir K.Zərbalıyeva/
Azərbaycanda Mingəçevir su anbarının ərazisində dekabrın 5-də zəlzələ qeydə alınıb.
Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, şəhərdən 20 km şimal-qərbdə, 12 ballıq MSK-64 cədvəli üzrə 3 bal intensivliyində zəlzələ baş verib.
Təkanlar Mingəçevirdə 3 bala qədər hiss olunub. Zəlzələnin baş vermə səbəbi Mingəçevir su hövzəsinin ətrafında gedən geodinamik proseslərin nəticəsidir. Tələfat və dağıntılar yoxdur.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]