Azərbaycan, Bakı, 19 yanvar / Trend , müxbir K.Zərbalıyeva/
Azərbaycanda partlayış baş vetib, iki nəfər həlak olub.
Ötən gecə Azərbaycanın Abşeron rayonu Pirəküşkül qəsəbəsi ərazisində qış otlağında yerli sakinlər 1965-ci il təvəllüdlü Asəf Şahverdiyev və onun 11 yaşlı oğlu Əsbala Şahverdiyev partlayıcı qurğu tapıblar. Baş verən partlayış nəticəsində ata və oğul hadisə yerindəcə həlak olub. Bu barədə Abşeron rayon prokurorluğundan Trend -a bildirilib.
Faktla bağlı araşdırma aparılır.