...

Bakıda iki nəfər donvurmadan ölüb

Hadisə Materials 8 Fevral 2010 11:45 (UTC +04:00)
Bakının Qaradağ rayon Prokurorluğundan bazar ertəsi Trend News-a verilən məlumata görə, Balakən rayon sakinləri Əhmədgilov Hüseyn Gilamanama oğlu və Hudulov Şəhvil Əli oğlu işlədikləri daş karxanasından evə qayıdarkən fevralın 4-də borana düşüblər.
Bakıda iki nəfər donvurmadan ölüb

Azərbaycan, Bakı, 08 fevral / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycan paytaxtında iki nəfər donub.

Bakının Qaradağ rayon Prokurorluğundan bazar ertəsi Trend -a verilən məlumata görə, Balakən rayon sakinləri Əhmədgilov Hüseyn Gilamanama oğlu və Hudulov Şəhvil Əli oğlu işlədikləri daş karxanasından evə qayıdarkən fevralın 4-də borana düşüblər.

Onların donmuş meyidi fevralın 7-də Qaradağ rayonunda, Çənlibel düzündə tapılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti