...

Gənc azərbaycanlı idmançı Gürcüstanda göldə batıb

Hadisə Materials 26 İyul 2010 10:51 (UTC +04:00)
Dünən axşam Azərbaycan vətəndaşı Gürcüstanın Dmanisi rayonundakı Pantiani gölündə batıb.
Gənc azərbaycanlı idmançı Gürcüstanda göldə batıb

Gürcüstan, Tbilisi, 26 iyul /Trend, müxbir N.Kirsxaliya/

Dünən axşam Azərbaycan vətəndaşı Gürcüstanın Dmanisi rayonundakı Pantiani gölündə batıb. Dmanisi administrasiyasından Trend-ə verilən məlumata görə, sambo üzrə yeniyetmələr arasında dünya çempionu Mikayıl Orucov gölü üzüb-keçməyi qərara alıb və batıb.

O, Dmanisidə Gürcüstan-Azərbaycan gənclərinin illik görüşündə iştirak edib. Bayram təntənələrindən sonra Orucov və onun iki dostu gölə gediblər. Orucov gölü üzüb-keçmək qərarına gəlib. Lakin az sonra o, göldə itir və dostları onu tapa bilmirlər.

Hadisə yerinə çağırılan xilasedicilər yalnız ikisaatlıq axtarışlardan sonra, Mikayılın meyidini tapa biliblər.

Bu gün idmançının cəsədi Bakıya gətiriləcək.

Xəbər lenti

Xəbər lenti