...

"İçərişəhər" Dövlət Qoruğunda uçqun qeyri-yaşayış sahəsində baş verib, xəsarət alan olmayıb

Hadisə Materials 27 Sentyabr 2010 16:56 (UTC +04:00)
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunda uçqun qeyri-yaşayış sahəsində baş verib.
"İçərişəhər" Dövlət Qoruğunda uçqun qeyri-yaşayış sahəsində baş verib, xəsarət alan olmayıb

Azərbaycan, Bakı, 27 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunda uçqun qeyri-yaşayış sahəsində baş verib.

Dövlət Qoruğunun mətbuat xidmətinin rəhbəri Rahib Azəri bazar ertəsi Trend-ə bildirib ki, bu gün günorta saatlarında Bakının Səbail rayonu ərazisində 2-ci Kiçik Qala döngəsində köhnə binanın damının uçması nəticəsində 24, 26 və 28-ci mənzillərə gedən yol bağlanıb.

Rahib Azəri bildirib ki, hazırda Mənzil İstismar Sahəsinin əməkdaşları mənzillərə gedən yolun təmizlənməsini həyata keçirirlər.

Dövlət Qoruğunun rəsmisi bildirib ki, hadisə zamanı xəsarət alan olmayıb.

Uçqun zamanı qeyd olunan mənzillərə gedən yol bağlansa da, həmin mənzillərə arxa tərəfdən yol olduğundan 24, 26 və 28 saylı mənzillərdə yaşayan ailələr binadan çıxarılıblar.

Rahib Azəri yaxın bir neçə saat müddətində mənzillərə gedən yolun dağıntının qalıqlarından təmizlənəcəyini deyib.

Xəbər lenti

Xəbər lenti