...

Bakıda ağır yol qəzası baş verib, ölən var

Hadisə Materials 13 Yanvar 2011 10:32 (UTC +04:00)
Xətai rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, Mahir Mehdiyev idarə etdiyi "Mersedes" markalı avtomobilini yolun kənarındakı dəmir dirəyə vurub, nəticədə sərnişini, 15 yaşlı qızı Sevil Mehdiyeva hadisə yerində keçinib.
Bakıda ağır yol qəzası baş verib, ölən var

Azərbaycan, Bakı, 13 yanvar /Trend, müxbir K.Zərbalıyeva/

Bu gün səhər saatlarında Bakının Nobel prospektində ölümlə nəticələnən yol qəzası baş verib.

Xətai rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, Mahir Mehdiyev idarə etdiyi "Mersedes" markalı avtomobilini yolun kənarındakı dəmir dirəyə vurub, nəticədə sərnişini, 15 yaşlı qızı Sevil Mehdiyeva hadisə yerində keçinib.

Hadisəyə avtomobilin yüksək sürətlə idarə olunması səbəb olub. Qəzadan sonra prospektdə bir müddət tıxac yaranıb.

Faktla bağlı Xətai rayon Polis İdarəsində araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti