...

Iki erməni gənc minaya düşüb

Hadisə Materials 25 Yanvar 2011 13:54 (UTC +04:00)
İki erməni gənc minaya oxşar əşyanın partlaması nəticəsində ağır yaralanıblar. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı "Novosti Armeniya" agenltiyinə Ermənistan FHN-in xilasedici xidmətindən məlumat verilib.
Iki erməni gənc minaya düşüb

Azərbaycan, Bakı, 25 yanvar /Trend/

İki erməni gənc minaya oxşar əşyanın partlaması nəticəsində ağır yaralanıblar. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı "Novosti Armeniya" agenltiyinə Ermənistan FHN-in xilasedici xidmətindən məlumat verilib.

Hadisə bir gün əvvəl səhər saatlarında respublikanın Armavariya vilayətində baş verib.

Xüsusi xidmətdən verilən məlumata görə, 18 yaşlı Qevork Qriqoryan və 24 yaşlı Şiraz Kazaryan minaya oxşar əşya taparaq onun üstünə daş tullamağa başlayıblar, nəticədə partlayış baş verib.

Partlayış nəticəsində hər iki erməni gənc müxtəlif dərəcəli bədən xəsarəti alaraq Yerevanın "Armeniya" tibb mərkəzinə çatıdırılıb. Həkimlər yaralıların vəziyyətini ağır qiymətləndirirlər.

Xəbər lenti

Xəbər lenti