...

Bakıda ağır yol qəzası baş verib, 8 nəfər xəsarət alıb

Hadisə Materials 29 Mart 2011 14:22 (UTC +04:00)
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, martın 28-də saat 19:00 radələrində "Sədərək" ticarət mərkəzinin qarşısında Bakı şəhər sakinləri - Musa Quliyevin idarə etdiyi "Mercedes" markalı 174 saylı xətt avtobusu ilə Zaman Həmzəyevin idarə etdiyi "Saypa" markalı avtomaşın toqquşub.
Bakıda ağır yol qəzası baş verib, 8 nəfər xəsarət alıb

Azərbaycan, Bakı, 29 mart /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda ağır yol qəzası baş verib, 8 nəfər xəsarət alıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, martın 28-də saat 19:00 radələrində "Sədərək" ticarət mərkəzinin qarşısında Bakı şəhər sakinləri - Musa Quliyevin idarə etdiyi "Mercedes" markalı 174 saylı xətt avtobusu ilə Zaman Həmzəyevin idarə etdiyi "Saypa" markalı avtomaşın toqquşub.

Hadisə zamanı Quliyevin xəsarət almış sərnişinləri, həmyerliləri Raisa Şəkinskaya, Ziyafət Bayramova, Sənan Seyidov, Nərminə Qistarova, Qumru Məmmədova, Mahizər Əhmədova, habelə xəsarət almış Həmzəyev və sərnişini, Masallı rayon sakini Elmar Ağayev xəstəxanaya yerləşdiriliblər.

Həmzəyevin, Ağayevin və Seyidovun vəziyyətləri ağırdır, digərilərinə isə ilkin tibbi yardım göstərildikdən sonra baraxılıblar.

Qaradağ rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti