...

Bakıda sürücülük vəsiqəsinin saxtalaşdırılması faktı aşkarlanıb

Hadisə Materials 30 Aprel 2011 12:46 (UTC +04:00)
Bakıda sürücülük vəsiqəsinin saxtalaşdırılması faktı aşkarlanıb.
Bakıda sürücülük vəsiqəsinin saxtalaşdırılması faktı aşkarlanıb

Azərbaycan, Bakı, 30 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda sürücülük vəsiqəsinin saxtalaşdırılması faktı aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən şənbə günü Trend-ə bildirilib ki, DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yasamal rayonu ərazisindəki təcili foto və reklam ofisində işləyən Bakı şəhər sakini Məhiyəddin Babayevin Bakı şəhər sakini Samir Əsədovun adına hüquq verən sürücülük vəsiqəsini saxtalaşdırması və Əsədovun bilə-bilə həmin vəsiqədən istifadə etməsi müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti