Azərbaycan, Bakı, 9 may /Trend, müxbir K.Zərbalıyeva/
Bakıda binada partlayış olması barədə yalan məlumat verən şəxs müəyyən olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mayın 7-də saat 11:00-da naməlum şəxs telefonla Fövqəladə Hallar Nazirliyinin "112" xidmətinə zəng edərək, Zərdabi küçəsi, 3-cü giriş, 2-ci mərtəbədə partlayış olması barədə məlumat verib.
Məlumat Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinə ötürülüb, müvafiq tədbirlər görülüb.
Lakin məlumat təsdiqini tapmayıb. Araşdırmalar zamanı yalan məlumatın Tapdıq Səfərova məxsus telefondan onun oğlu 16 yaşlı Cahangir tərəfindən verilməsi müəyyən edilib.