Azərbaycan, Bakı, 17 may /Trend, müxbir K.Zərbalıyeva/
Bu il Azərbaycanda yol qəzalarında 260 nəfər ölüb, 1045 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev Trend-ə bildirib ki, bu ilin yanvar-aprel aylarında respublikada qeydə alınan 952 yol qəzasından 500-ü Bakıda baş verib.
Paytaxtdakı yol qəzalarında isə 115 nəfər həlak olub, 522 nəfər yaralanıb.
Qəzaların 392-si piyadaların vurulması olub. Hadisələr zamanı 109 piyada həlak olub, 303 nəfər yaralanıb.
Respublikada qeydə alınan qəzaların 388-i toqquşma (81 ölüm, 481 xəsarət), 88-i aşma (37 ölüm, 101 xəsarət) olub.