Azərbaycan, Bakı, 23 may /Trend, müxbir K.Zərbalıyeva/
Bakıda qaz borularını oğurlayan dəstə yaxalanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Sabunçu rayon Polis İdarəsinin 15-ci polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayon sakini Səfərəli Alışov, Bakı şəhər sakinləri Elman İsayev və Rafiq Cəfərov tutulublar.
Onlar Zabrat qəsəbəsi ərazisindən keçən, "Azəriqaz" Səhmdar Cəmiyyətinə məxsus, diametri 500 millimetr olan 80 metr uzunluğunda qaz borusunu kəsərək oğurlamaqda ittiham olunurlar.
Bakıda qaz borularını oğurlayan dəstə yaxalanıb
Bakıda qaz borularını oğurlayan dəstə yaxalanıb.
